Naxçıvan Dövlət Universitetinin kolektivi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət  sərgi-satışda iştirak edib

Naxçıvan Dövlət Universitetinin kolektivi Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət  sərgi-satışda iştirak edib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunub.

Naxçıvan Dövlət Universitetinin kolektivi də sərgi-satışda iştirak edib. Baxış zamanı bələdçi tərəfindən sərgi-satışda nümayiş olunan əl işləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, sərgidə iştirak edən müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.

Məlumat verilib ki, sərgi-satışda şəhər və rayonlarda yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin, Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların əl işi sərgilənir.

Sərgi-satışda eyni zamanda Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzində hazırlanan əl işləri nümayiş olunub.

Qeyd edək ki, toplanılan əl işləri arasında muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, qrafik iş, vitraj, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş rəsm əsərləri, mənəvi və ailə dəyələrini əks etdirən əl işləri üstünlük təşkil edir.

Sərgilənənlərə maraqla baxan kollektivlər hədiyyəlik əl işləri də alıblar.

Leave a Reply

Your email address will not be published.