Naxçıvan Dövlət Universitetinin kollektivi tələbələrlə birgə 27 sentyabr – Anım günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında olublar

Naxçıvan Dövlət Universitetinin kollektivi tələbələrlə birgə 27 sentyabr – Anım günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında olublar

Kollektiv ilk olaraq I Qarabağ döyüşlərində şəhid olan igid oğullarımızın məzarını ziyarət edib, qəbirləri önünüə gül dəstələri düzüblər. Sonra Vətən müharibəsində şücaətlik göstərərək bizə qələbə sevincini yaşadan şəhidlərimizin məzarı ziyarət edilib.

Qeyd edək ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşüb, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da ölkə ərazisində bir dəqiqəlik sükut elan edilib.

Leave a Reply

Your email address will not be published.