Naxçıvan Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olunub

Naxçıvan Dövlət Universitetinin məzunu yüksək vəzifəyə təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Natiq Əliyev Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında (RMX) direktor vəzifəsinə təyin edilib. Natiq həkim Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində baza tibb təhsili və rezidentura pillələrində təhsil alıb.

Hacıqabul RMX-nin direktoru təyin olunan Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.

Leave a Reply

Your email address will not be published.