Naxçıvan Dövlət Universitetinin magistrantlarının 20 sayda kitabı işıq üzü görüb

Naxçıvan Dövlət Universitetinin magistrantlarının 20 sayda kitabı işıq üzü görüb

Ali təhsil ocağının Magistratura mərkəzində magistrantların nəşr olunan kitablarının təqdimatı keçirilib.

          Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ali təhsil müəssisəsində gənc elmi tədqiqatçıların yetişdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, bu gün təqdimatı keçirilən kitabların bir çoxu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində ərəsəyə gəlib. Tələbələrin universitetin elmi fəaliyyətində göstərdiyi dəstəyi yüksək qiymətləndirən rektor, təhsil müəssisəsində bakalavr təhsil sitstemi ilə yanaşı magistratura təhsil pilləsində də kadr hazırlığının peşəkar səviyyədə aparıldığını vurğulayıb. Bildirilib ki, artıq magistratura üzrə qəbul planı ötən illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə artıb.

          Elbrus İsayev gənc mütəxəssiləri elmi tədqiqat işlərinin yekunu olan kitabların nəşr olunması münasibətilə təbrik edib, onlara daha böyük yaradıcılıq uğurları arzulayıb.

          Magistratura mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Etibar Məmmədov qeyd edib ki, magistratura təhsil pilləsində elmi rəhbərin məsləhəti ilə hər bir magistrant müəyyən bir dissertasiya mövzusu seçir və həmin dissertasiyanı elmi-tədqiqat  qaydalarına uyğun olaraq yazmaq və müdafiə etmək üçün təhsil aldığı müddət ərzində bu mövzu ətrafında çalışır və araşdırmalar aparır. Diqqətə çatdırılıb ki, məhz təqdimatı keçirilən kitablar magistrantların elmi-tədqiqat işlərinin hazırlanması yolunda  çəkdikləri əziyyətin bəhrəsidir.

Elm və İnnovasiyalar bölməsinin müdiri, təhsilin idarə olunması, təftişi, planlanması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru, dosent Rza Məmmədov çıxışı zamanı müəlliflərin elmi və araşdırmaçılıq fəaliyyətini yüksək qiymətləndirərək, onları  təbrik edib.

Sonra müəlliflərin Elektroenergetika ixtisaslaşması üzrə məzun, Elektroenergetika mühəndisliyi kafedrasının müəllimi Şirzad Babayev, Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə məzun Nuranə Hüseynova və İdarəetmədə informasiya sistemləri ixtisaslaşması üzrə II kurs magistrant Bahar Həbibinin çıxışları dinlənilib. Müəlliflər kitabların çap olunmasında göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə edərək, digər magistrantlara  öz tövsiyyələrini çatdırıblar.

Sonda gənc tədqiqatçılara təşəkkürnamə təqdim edilib.

Leave a Reply

Your email address will not be published.