Naxçıvan Dövlət Universitetinin “Magistratura mərkəzi”ndə konsert proqramı uğurla baş tutub

Ali təhsil ocağının “Magistratura” mərkəzində “Musiqi tənqidi” ixtisası üzrə II kurs magistrant Hakim Məmmədlinin bəstələrindən ibarət konsert proqramı baş tutub. Tədbirdə çıxış edən “Magistratura” mərkəzinin direktoru, professor Etibar Məmmədov magistrantların birgə fəaliyyəti nəticəsində ortaya çıxan konserti yüksək qiymətləndirib.

Hakim Məmmədlinin bəstəkarı olduğu “Rekviem”, “Şəhidlərim”, “Elegiya”,“Naxçıvanım”, “Bayrağım”, “Naxçıvan marşı”, “Dirçəliş”, “Bu zəfərin mübarəkdir ey Vətən”, “Zəfərimiz” musiqi nömrələri müəllim və tələbələr tərəfindən ifa edilib. Səsləndirilən musiqi nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Universitetin rektoru Elbrus İsayev konserti “Zəfər günü”müzə mühüm töhvə olaraq dəyərləndirib. Rektor son illərdə İncəsənət fakültəsinin təşkil etdiyi konsert proqramlarınını uğurlu nəticəsindən danışıb.