Naxçıvan Dövlət Universitetinin müəllimi ixtirasına görə patent alıb

Naxçıvan Dövlət Universitetinin müəllimi ixtirasına görə patent alıb

Naxçıvan Dövlət Universiteti Kimya Kafedrasının müəllimi Pərvin Quliyev “Sb2Se3 nazik yarımkeçirici təbəqələrinin alınması üçün elektrolit” adlı ixtirasına görə patent alıb.

Qeyd edək ki, patentin məqsədi  “Elektrokimyəvi yolla Sb-Se nazik təbəqələrinin sintezi və bəzi xassələrinin tədqiqi” mövzusunda aparılan tədqiqatlar zamanı Sb2Se3 stexiometrik tərkibə malik yarımkeçirici təbəqələrin alınması, alınan bu təbəqələrin potensial adsorbent olması və s. kimi çoxsaylı yüksək elmi nəticələr əldə olunmasıdır. Həmçinin aparılan elektrokimyəvi reduksiya prosesləri tartrat turşusu (çaxır turşusu) elektrolitində aparılıb. Əldə olunan elmi nəticələrin dünya tədqiqatçılarının tədqiqat nəticələrindən fərqliliyi araşdırmaların tartrat elektrolitində aparılması olub. Tartrat elektroliti məhlulunda aparılan reduksiyadan alınan təbəqələrin bir sıra əhəmiyyətli fiziki-kimyəvi parametrlərə malik olması kimi elmi nəticələrin müəlliflik şəhadətnaməsi ilə təsdiq edilməsi qarşıya məqsəd qoyulub. Bunun üçün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə sifarişçi kimi razılaşdırılmış və ixtiraya dair sənəd-müəlliflik şəhadətnaməsi sifariş verilib.  2017-ci il 11 aprel tarixində verilən sifariş 2020-ci il 14 oktyabr tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən dövlət reyestrində qeyd olunub.