Naxçıvan Dövlət Universitetinin müəllimi Leyla Zeynalovanın elmi məqaləsi impaktfaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetinin müəllimi Leyla Zeynalovanın elmi məqaləsi impaktfaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti “İngilis dili və metodika” kafedrasının müəllimi Leyla Zeynalovanın “İngilis dilində frazeoloji antonimlərin semantik xüsusiyyətləri” adlı elmi məqaləsi Ukraynada “İNSAN ELMLƏRİ CARİ MƏSƏLƏLƏRİ” (HUMANITIES SCIENCE CURRENT ISSUES) adlı impaktfaktorlu jurnalda nəşr olunub.

Məqalədə frazeoloji antonimlər və onların tərifi barədə tədqiqat işlərinə qısa bir baxış verilir və daha sonra frazeoloji antonimlərin təyini üçün istifadə edilə bilən meyarlardan bəhs olunur. Bildirilir ki, frazeoloji vahidlərdə antonimlər, onlara daxil olan antonimik leksik vahidlərə əsasən öyrənilir. Bunun üçün antonimik leksik cütlüklər götürülür və frazeoloji vahidlər fərqlənir. Araşdırmalar göstərir ki, antonimik leksik vahidlərin inkişafı frazeoloji vahidlərin antonimologiyası üçün ilkin şərt deyil və frazeoloji antonimiya adi məna səviyyəsində ziddiyyətlər əsasında formalaşır. Məqalədə həmçinin qeyd edilir ki, İngilis dili, həmçinin prefiks və sonekler vasitəsilə antonimlər əldə edə bilər