Naxçıvan Dövlət Universitetinin müəllimi olmuş Abutalıb Kazım oğlu İsmayılov vəfat edib

Naxçıvan Dövlət Universitetinin müəllimi olmuş Abutalıb Kazım oğlu İsmayılov vəfat edib

Abutalıb İsmayılov 2 noyabr 1956-cı ildə Babək rayon Cəhri kəndində (indiki Cəhri qəsəbəsi) anadan olub. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. 1984-cü ildən 1986-cı ilədək Bakı Dövlət Layihə İnstitutunda memar işləmişdir. 29.12.1986-cı ildən 28.04.1992-ci ilədək Babək rayon XDS İcraiyyə Komitəsində baş memar, 28.04.1992-ci ildən 02.05.1994-cü il tarixinədək Babək rayon XDS İcraiyyə Komitəsində Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş, 02.05.1994-cü ildən 03.01.2003-cü ilədək Babək rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

2019-cu ilin sentyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin “Memarlıq” kafedrasında müəllim vəzifəsində işləyib.

Allah rəhmət eləsin!

Leave a Reply

Your email address will not be published.