Naxçıvan Dövlət Universitetinin müəlliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetinin müəlliminin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Ali təhsil müəssisəsinin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Azerbaycan’daki düğün törenlerinin çeşitliliği bağlamında Nahçıvan bölgesinin düğün gelenekleri” adlı məqaləsi SCOPUS elmi indeksləşmə bazasına daxil olan “Rast Muzikoloji Dergisi” adlı jurnalda çap olunub.

Məqalədə Naxçıvan bölgəsinin toy adət-ənənəsi, bu ənənələrdə musiqinin rolu və əhəmiyyəti araşdırılıb, qədimdən mərasimlərdə ifa olunan musiqi folklor  nümunələri nəzəri cəhətdən təhlil edilib, eyni zamanda foklor ekspedisiyaları zamanı tədqiqatçı tərəfindən ilk dəfə toplanılaraq nota yazılan folklor materialları da məqalədə işıqlandırılıb.

Xatırladaq ki, “Rast Muzikoloji Dergisi” adlı jurnal musiqi tədqiqatlarının geniş nəşrinə və sadiq qaldığı etik prinsiplər çərçivəsində musiqi tədqiqatçılarının dünya miqyasında görünməsinə xidmət etmək məqsədi daşıyan beynəlxalq akademik jurnaldır.

Leave a Reply

Your email address will not be published.