Naxçıvan Dövlət Universitetinin müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetinin müəlliminin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, gənc tədqiqatçı Arzu Abdullayevin “Naxçıvan şəhərində hərbi-siyasi proseslər (XVIII əsrin sonu – XIX əsrin əvvəlləri)” adlı məqaləsi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan və Meksikada nəşr olunan “Revista Dilemas Contemporaneos: Educacion, Politica y Valores”  jurnalının 2023-cü ildə nəşr olunmuş ilk sayında dərc olunub.

İngilis dilində dərc olunan məqalədə XVIII əsrin sonu XIX əsrdə Naxçıvan şəhərində siyasi vəziyyət, müharibələrin baş vermə səbəbləri, onların nəticələri araşdırılmış, Naxçıvan şəhərinin hərbi-siyasi proseslərin əsas mərkəzi olduğu qənaətinə gəlinmiş, xarici dövlətlərin bu əraziyə olan maraqları tədqiq edilmişdir. Tədqiqatçı o dövrə aid mənbələrə və eləcə də arxiv sənədlərinə geniş yer verib.

Leave a Reply

Your email address will not be published.