Naxçıvan Dövlət Universitetinin NSUTECH komandası “Robotex Türkiyə 2023” festivalında I yerə layiq görülüb

Naxçıvan Dövlət Universitetinin NSUTECH komandası “Robotex Türkiyə 2023” festivalında I yerə layiq görülüb

Dünyanın ən böyük robototexnika festivalı və Estoniyanın Türkiyədə keçirilən illik möhtəşəm tədbiri olan Robotex turnirləri bu il Türkiyənin Antalya şəhərində keçirilib.

Azərbaycanı Naxçıvan Dövlət Universitetindən göndərilən və tərkibində Memarlıq və Mühəndislik fakültəsi “Meliorasiya və Ekologiya” kafedrasının müəllimi Hüseyn İmanov, Ekologiya mühəndisliyi ixtisası üzrə ll kurs tələbəsi Abdulla Kərimli, Marketinq ixtisası üzrə lll kurs tələbəsi Elsun Cəfərli, Əczaçılıq ixtisası üzrə lll kurs tələbəsi İslam İsmayılov və Tibb ixtisası üzrə ll kurs tələbəsi Əli Ələkbərlinin olduğu 5 nəfərdən ibarət “NSUTECH” komandası təmsil edib və “Sahibkarlıq mübarizəsi-Universitet” kateqoriyası üzrə 1-ci yeri tutaraq “Sağlamlıq elmləri və texnologiyaları” və “Proqram texnologiyası” mükafatına layiq görülüb.

Qeyd edək ki, dünyanın ən böyük robototexnika festivalında 35 min iştirakçı hazırladıqları 1750 robotla müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gəlib.

Robotex Türkiyə 2023 sezonunda, bir neçə ölkənin, o cümlədən, Azərbaycan,Türkiyə, Estoniya, İran və digər ökələrin komandalarının iştirak etdiyi, 3 ayrı bölgədə bütün kateqoriyalar üzrə zorluq, texniki səviyyə, yaşdan asılı olmayaraq hamının iştirakına açıq olan və “Başlanğıc”, “Orta səviyyə”, “Qabaqcıl“, “Qızlar kateqoriyası“, “Sahibkarlıq mübarizəsi”, ”Dron”, “Su yarışı” kateqoriyalarına bölünən turnirlərdə uğur qazanan komandalar Türkiyə Çempiyonatına dəvət alıb.

Naxçıvan Dövlət Universitetinin göndərdiyi komanda mühəndislər, menecerlər və onların ailələri sənaye liderlərindən ilham almaq, yeni sahibkarları müşahidə etmək, müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gələrək, birinciliyi qazanıb və Estoniyada nəinki universitetimizi hətta Bütün Azərbaycanı təmsil etmək şansı qazanıb.

Leave a Reply

Your email address will not be published.