
Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən Avrasiya Ali Təhsil Sammiti “EURIE 2023”-də iştirak edir
Ali təhsil müəssisəsinin Elm və innovasiyalar şöbəsinin müdiri Elnarə Allahverdiyeva, İKT və Elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərli, Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı Türkiyənin İstanbul şəhərində VIII EURİE-Avrasiya Ali təhsil zirvəsində iştirak edirlər.
Məlumat üçün onu da bildirək ki, sammitdə UNESCO-nun 2030- cu il üçün proqnozlaşdırdığı iqlim dəyişikliyi, biomüxtəlifliyin azaldılması, işsizlik, miqrasiya kimi çətinliklərin həllinin təhsil və beynəlxalq əməkdaşlıq vasitəsilə mümkünlüyü diqqətə çatdırılıb, həmçinin bu baxımdan dünya universitetlərinin üzərinə böyük öhdəliklərin düşdüyü vurğulanıb. beynalxalq standartlara uyğun təhsil sisteminində tələbə mübadiləsinin müasir dövrdə sərmayə üçün ən faydalı sahələrdən biri olduğu qeyd edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, müasir dövr süni zəka potensialı dünya dövlətlərindən ciddi addımlar atmağı tələb edir. Robot texnologiyasınının üstünlük təşkil edəcəyi, bu da bir çox sahələrdə bəzi peşələrin yox olması və işsizliyin artması faktını meydana çıxarır.
Sammitdə innovasiya və sahibkarlığın inkişafı naminə bu il təşkil olunan “İmagine tomorrow (Sabahı təsəvvür edin)” lahiyəsinin ekosistemə olan müsbət təsirləri vurğulanıb.
Qeyd edək ki, 1-3 Mart tarixlərində İstanbulda baş tutan VIII EURİE-Avrasiya Ali təhsil zirvəsi Avropa, Asiya və Orta şərqdən 120-dən çox universitetin üzv olduğu ən böyük təhsil qurumlarından biridir.