Naxçıvan Dövlət Universitetinin professoru Etibar Məmmədovun elmi məqaləsi yüksək impaktfaktorlu jurnalda dərc olunub
Naxçıvan Dövlət Universiteti “Baytarlıq təbabəti” kafedrasının professoru, biologiya üzrə elmlər doktoru Etibar Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində camışlarda anoplosefalyat törədicilərinin yayılması” (Spread of anoplocephales pathogens in buffaloes in the conditions of Nakhchivan Autonomous Republic) adlı elmi məqaləsi “Beynəlxalq Entomololi tədqiqatlar” (International Journal of Entomology Research) adlı elmi jurnalda dərc olunub. Müəllif məqalədə muxtar respublikanın müxtəlif ərazilərində camışlarda intensiv müşahidə edilən-bağırsaq setodlarının yayılma xüsusiyyətlərinin, invaziyanın mövsümi dinamikasının araşdırılmasına dair maraqlı elmi tədiqatlar aparıb. Araşdırılan elmi nəticələr məqalədə ümumiləşdirilib.
Qeyd edək ki, Beynəlxalq Entomololi tədqiqatlar adlı jurnal Web of science indeks bazasına malik, yüksək impaktfaktoru ilə seçilən və biologiya elmləri sahəsində dünyada daha çox istinad olunan dərgilərdən biridir.