
Naxçıvan Dövlət Universitetinin professoru Yaqub Məmmədovun elmi məqaləsi yüksək impafaktorlu jurnalda dərc olunub
Naxçıvan Dövlət Universiteti İnformatika kafedrasının professoru, Riyaziyyat üzrə elmlər doktoru Yaqub Məmmədov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Quliyev və Naxçıvan Dövlət Universiteti “İnformatika” kafedrasının müəllimi Fatma Müslümova ilə birgə ərsəyə gətirdiyi “Dankl operatoru ilə bağlı Orlic fəzasında maksimal komutatorun məhdudluq xüsusiyyətləri” adlı elmi məqaləsi yüksək impafaktorlu “Riyazi tədqiqat jurnalı”nda (“Journal of Mathematical Study” ) dərc olunub. Məqalədə Dankl operatoru ilə bağlı Orlic fəzasında maksimal operatorun və onun komutatorunun məhdudluğu üçün zəruri və kafi şərtlər tapılır.
Jurnalın veb saytı: https://global-sci.org/intro/article_detail/jms/15207.html