Naxçıvan Dövlət Universitetinin professoru Zəhmət Şahverdiyevin həmmüəllif olduğu elmi məqalə Niderlandda dərc olunub

Naxçıvan Dövlət Universitetinin professoru Zəhmət Şahverdiyevin həmmüəllif olduğu elmi məqalə Niderlandda dərc olunub

Naxçıvan Dövlət Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Zəhmət Şahverdiyev və həmin kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərovun həmmüəllif olduğu elmi məqalə “Virtus” beynəlxalq elmi jurnalda nəşr olunub. “1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasının ictimai həyatında milli-mənəvi dəyərlər” mövzusunda yazılan məqalədə Naxçıvanda milli dövlətçiliyin inkişaf etdirilməsi, elm və mədəniyyət məsələləri, tarixi yaddaşın daha da möhkəmləndirilməsi yolunda 1995-2003-cü illərdə də atılan mühüm addımlar öz əksini tapıb. Həmçinin, məqalədə müəlliflər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi, milli məsələlərlə bağlı gördüyü işlər barədə ətraflı məlumat veriblər.