
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Gənc kulinarların V Respublika çempionatının qalibləri ilə görüşüb
Bu məqsədlə ali təhsil müəssisəsinin Pedaqoji fakültəsində təşkil edilən tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev fakültənin nəzdində fəaliyyət göstərən mərkəzin uğurla fəaliyyətindən söz açıb. Bildirilib ki, Texnologiya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr mərkəzin fəaliyyətindən yararlanaraq nəzəri və təcrübi dərslərini burada keçirlər. Həmçinin, diqqətə çatdırılıb ki, mərkəzdə hazırlanan əl işləri Naxçıvanda keçirilən əksər müsabiqələrdə təqdim olunur. Rektor universitet adından Mərkəzin direktoruna və müəllim və gənc kulinarlara diplom və pul mükafatı təqdim edib
Texnologiya Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva çıxış edərək qeyd edib ki, rəhbərlik etdiyi komanda Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanovun 65 illik yubileyi münasibətilə keçirilən yaradıcılıq günü və gənc kulinarların 5-ci Respublika çempionatında iştirak edib. Vurğulanıb ki, NDU-nun komandası rəqibləri üstələyərək I yerin sahibi olub.
Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev dekanlıq adından təşəkkürnamə təqdim edib.