Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  Macarıstanda Ümummilli Lideri Heydər Əliyevin anım tədbirlərində iştirak edib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev  Macarıstanda Ümummilli Lideri Heydər Əliyevin anım tədbirlərində iştirak edib

11 dekabrda Budapeştdəki Azərbaycan Evində Macarıstanda təhsil alan azərbaycanlı gənclər ilə keçirilmiş görüş 12 dekabr ümummilli lider Heydər Əliyevin anım gününün yad edilməsi ilə başlayıb.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə,  Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ümummilli lider Heydər Əliyevin dövlətimizin gənclər siyasətinə verdiyi töhfələrdən danışıblar. Ulu Öndər tərəfindən əsası qoyulmuş bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi və Gənclər Fondunun fəaliyyətinin bunun bariz nümunəsi olduğu vurğulanıb.

Bununla yanaşı, 12 dekabrda Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Ümummilli Liderin anım günü münasibətilə tədbir təşkil olunub. Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və onun əziz xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Səfir Tahir Tağızadə çıxış edərək, dahi şəxsiyyətin Azərbaycan tarixindəki rolunu Macarıstanın dövlət xadimləri inqilabçı Layoş Koşut (Lajos Kossuth) və islahatçı Dyula Andraşi (Gyula Andrassy) ilə müqayisə edib, Heydər Əliyevin hər iki istiqaməti özündə birləşdirən siyasət yeritdiyini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi nəticəsi olduğu diqqətə çatdırılıb.

Leave a Reply

Your email address will not be published.