Naxçıvan Dövlət Universitetinin rektoru I Beynəlxalq Tibbi forumun  sponsorlarını mükafatlandırıb

Naxçıvan Dövlət Universitetinin rektoru I Beynəlxalq Tibbi forumun  sponsorlarını mükafatlandırıb

Naxçıvan Dövlət Universitetinin ev sahibliyi etdiyi I Beynəlxalq Tibbi forumda baş sponsor Nəqşicahan Holdinq və digər yerli şirkətlərin fəaliyyəti qiymətləndirilib. Bu məqsədlə ali təhsil ocağında keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev hər kəsi salamlayıb. Qeyd edilib ki, Azərbaycan ali təhsil məkanında ilk dəfə NDU-da keçirilən tibbi forum öz əhəmiyyəti və gələcək perspektivləri ilə nəinki universitet üçün ümumən muxtar respublikanın səhiyyə sistemi və digər sahələrə müsbət təsiri ilə yadda qaldı. Rektor bildirib ki, təşkilatı baxımından da öz unikallığı ilə seçilən forum muxtar respublikaya səfər edən xarici qonaqların da yüksək rəğbətinə səbəb oldu. Həmçinin diqqətə çatdırılıb ki, belə mötəbər foruma ev sahibliyi etmək NDU-da müasir Tibb təhsilinin də yüksək səviyyədə olduğunun göstəricisi hesab oluna bilər. Elbrus İsayev forumun möhtəşəm təşkilində   baş sponsorlar Türkiyədən Memorial xəstəxanalar qrupu, Nəqşicahan Holdinqin və digər xarici və yerli şirkətlərin də xüsusi rolu olduğunu qeyd edib. Rektor forumda sponsorların yüksək səviyyədə iştirakını qiymətləndirib və yerli şirkətlər yüksək təşkilatçılığa görə sertifikatla təltif edilib.

Leave a Reply

Your email address will not be published.