
Naxçıvan Dövlət Universitetinin səhnəsində fars-komediya janrında olan “Susqun” tamaşası nümayiş olunub
Ali təhsil ocağının İncəsənət fakültəsində Rus yazıçısı və dramaturqu Valentin Krasnoqorovun “Susqun” fars-komediya janrında olan tamaşası səhnələşdirilib. Tamaşanın məsləhətçisi Teatr və mədəniyyətşünaslıq kafedrasınının müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova tamaşaçıları salamlayıb və universitet teatrında yeni bir janr olan fars-komediya haqqında məlumat verib. Bildirilib ki, adətən bu janr daha çox şişirdilmiş, ekstravaqant, gülünc, absurd və ehtimalı olmayan vəziyyətlər vasitəsilə tamaşaçını əyləndirməyə çalışan komediyadır.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Naxçıvan Muxtar Respubikasının əməkdar artisti Azər Cəfərli, qrim və kostyum isə Teatr və mədəniyyətşünaslıq kafedrasınının baş müəllimi Elza Fərzəliyevaya məxsusdur.
Səhnə əsərində rolları “Aktyor sənəti” ixtisası üzrə IV kurs tələbələri Səkinə Məmmədova, Malikəjdər Həsənli, Nurlan Sultanlı ifa ediblər.
Məlumat üçün onu da bildirək ki, Valentin Krasnoqorovun əsərləri dünyanın bir çox ölkəsində, 500-dən çox professional teatrda, 800-dən çox həvəskar, gənclər, tələbə teatr və studiyalarında səhnəyə qoyulub.