Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyi qeyd edilib

Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin 50 illik yubileyi qeyd edilib

Ali təhsil ocağının Magistratura mərkəzində baş tutan tədbirdə universitetin rektoru Elbrus İsayev Tələbə Həmkarlar İttifaqı Komitəsinin son illərdə sürətlə inkişaf etdiyini, ölkə üzrə digər tələbə təşkilatları arasında daim fərqləndiyini qeyd edib. Diqqətə çatdırılıb ki, ətrafına yüzlərlə könüllü gənci toplayan, hər zaman onların yanında olan komitə bu uğurlu fəaliyyəti durmadan davam etdirir, beynəlxalq arenada və ölkəmizdə baş tutan müxtəlif məzmunlu yarışlarda, olimpiadalarda universiteti layiqincə təmsil edir. Rektor müasir gəncliyin formalaşmasında, tələbələrin ictimai-mədəni sahələrdə fəallıq göstərməsində komitənin rolunu xüsusilə qiymətləndirib, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə il ərzində keçirilən layihələri təqdirəlayiq hesab edib. Elbrus İsayev komitəni və onun üzvlərini 50 illik yubiley münasibətilə təbrik edərək, uğurlu fəaliyyətlərində onlara müvəfəqiyyət arzulayıb.

          Tələbə Həmkarlar İttiffaqı Komitəsinin sədri Hüseyn İmanov çıxışında komitənin il ərzində əldə etdiyi uğurlar, baş tutan düşərgələr, təşkil etdiyi tədbirlər iştirak etdiyi yarışlar haqqında iştirakçıları məlumatlandırıb. Bildirilib ki, gəncləri müxtəlif klublarda, departamentlərdə toplayan komitə tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Hüseyn İmanov komitə  üzvlərinin qatıldığı yarışlar haqqında danışarkən diqqətə çatdırıb ki, ölkədə ilk dəfə keçirilən ekoloji hakatonda, “SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda və Texnofestdə universiteti layiqincə təmsil ediblər.

          Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini əks etdirən videoçarxa baxış olub.

          Sonda Elbrus İsayev komitənin sədri Hüseyn İmanova və tələbələrə təşəkkürnamə təqdim edib.

Leave a Reply

Your email address will not be published.