Naxçıvan Dövlət Universitetinin tələbələri Avropa Şurası HELP proqramının onlayn kursuna qoşulublar

Naxçıvan Dövlət Universitetinin tələbələri Avropa Şurası HELP proqramının onlayn kursuna qoşulublar

Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə II kurs tələbələri Avropa Şurası HELP proqramının onlayn kursuna qoşulublar. “Avropa İnsan Hüquqları Məhkəməsinə və  Avropa İnsan Hüquqları  Konvensiyasına giriş” adlanan kursda tələbələr Avropa İnsan Hüquqları Konvensiyasında təsbit edilən normalar, Avropa İnsan Hüquqları Məhkəməsi strukturu, məhkəməyə müraciət etmə qaydası, qərarların qəbul edilməsi, qərarların icrasına nəzarət edilməsi kimi məsələləri öyrəniblər.

Təqdimat zamanı tələbələr “HELP” proqramının xüsusiyyətləri, onlayn tədrisin əhəmiyyəti və proqramın platformasında qeydiyyatdan keçmək yolu ilə tanış olublar. Eyni zamanda iştirakçılara platformada yerləşdirilmiş onlayn sərbəst və distant kurslara yazılmaq və kurs materiallarından maksimal dərəcədə yararlanmaq yolları izah edilib.

Hər modulun sonunda biliklərin qiymətləndirilməsi aparılıb və tələbələr kursu müvəffəqiyyətlə bitirərərək  Avropa Şurası HELP proqramının sertifikatı ilə təltif olunublar.

Qeyd edək ki, “HELP” Proqramı hüquqşünaslar üçün Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi sahəsində yeniliklər ilə tanış olmaq imkanı yaradır.