Naxçıvan Dövlət Universitetinin tələbələri “Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 №li tam orta məktəbdə tədbir keçiriblər

Naxçıvan Dövlət Universitetinin tələbələri “Heydər Əliyev İli” ilə bağlı Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 №li tam orta məktəbdə tədbir keçiriblər

Ali təhsil ocağının Tarix müəllimliyi ixtisasının təcrübəçi tələbələri tərəfindən Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 №li tam orta məktəbdə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Əbədiyaşar lider-Heydər Əliyev” adlı tədbirkeçirilib.

 Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bildirilib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir.

          “Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyevin rolu” adlı çıxışında Naxçıvan Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.

          Sonra məktəbin IV, V, VI sinif şagirdləri Ulu Öndərə həsr olunan şeirlər səsləndiriblər.         

Naxçıvan şəhər 12№-li tam orta məktəbin direktoru Tahirə Qasımova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasındakı xidmətləri əvəzolunmazdır. Bildirilib ki, bu gün hər bir azərbaycan gənci Heydər Əliyev ideyalogiyasının davamçılarından olaraq, ölkəmizi beynəlxalq aləmdə tanıtmalıdır.

Sonda məktəbin direktor müavini Əsgər Qurbanov, müəllim Zərifə Abdullayeva və universitetin tarix müəllimliyi ixtisasının IV kurs tələbələri Rəşad Hüseynov və Məmmədova Gülnar çıxışları zamanı bildiriblər ki, Heydər Əliyevin  qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub.

Leave a Reply

Your email address will not be published.