Naxçıvan Dövlət Universitetinin tələbələri “Python” dilində proqramlaşdırma onlayn kursunda iştirak edərək sertifikat əldə ediblər

Universitetin Memarlıq və mühəndislik fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə II kurs tələbələri Elektronika və informasiya texnologiyaları kafedrasının müəllimi Səminə Rüstəmovanın rəhbərliyi ilə “Python” proqramlaşdırma dilinin başlanğıc səviyyəsi üçün onlayn kursda iştirak edərək sertifikat əldə ediblər.

Qeyd edək ki, tələbələrin gələcəkdə məqsədləri Python proqramlaşdırma dilini tam öyrənərək kursda iştirak edib diplom almaqdır.