Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu Erasmus+ LMQ SANTE layihəsinin növbəti onlayn konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin tərəfdaş olduğu Erasmus+ LMQ SANTE layihəsinin növbəti onlayn konfransı keçirilib

Avropa Birliyinin Erasmus+ LMQ SANTE  “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində onlayn konfransı keçirilib. Səhiyyə maarifinin yüksəldilməsi, səhiyyə sisteminin inkişafı və ixtisaslı tibbi kadrların hazırlanması, onların tibbi bacarıqlarının inkişaf etdirilməsindən ibarət olan layihədə universitetin Tibb fakültəsinin müəllimləri də təmsil olunublar.

Avropa Birliyinin layihə üzrə baş koorinatoru Yunanıstan Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos və fransalı konsultant professor Jan Noel Paşu, Avropa eksperti Katalin İlasku iştirakçıları layihə ilə bağlı ətraflı məlumatlandırıb.

Onlayn görüş zamanı layihə çərçivəsində həyata keçiriləcək işlər, hazırlananacaq sənədlər müzakirə olunub.  Layihədə tərəfdaş ölkələrin ali təhsil ocaqlarının təhsil prosesini Avropa standartlarına və Tuninq metodologiyasına uyğun hazırlanması, ikili diplom və diploma əlavələrin verilməsi, səhiyyə sektorunda keyfiyyətin daha da yaxşılaşdırılması, ixtisaslı tibbi kadrların artırılması, tədrisdə innovativ metodların tətbiqi məsələləri geniş müzakırə olunub.

Görüşdə layihə ilə bağlı suallar da cavablandırılıb.