Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Akademik Zərifə Əliyeva 100 illik yubileyini onun adını daşıyan məktəbdə qeyd edib

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi Akademik Zərifə Əliyeva 100 illik yubileyini onun adını daşıyan məktəbdə qeyd edib

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident, və tələbələrinin iştirakı ilə görkəmli oftalmoloq-alim, akademik ­Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Kəngərli rayon Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar. Bildirilib ki, 2016-cı ildə yenidən qurulan muzeydə 20-ə qədər kitab, jurnal və akademikin həyat və fəaliyyətinin müxtəlif dövrləinə aid fotoşəkillər sərgilənir.

Sonra tədbir iştirakçıları II Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş bu məktəbi bitirən məzunlar üçün ayrılmış guşəyə baxıblar.

Məktəbin müəllim və şagirdləri ilə keçirilən görüşdə Rayon Təhsil şöbəsinin müdiri Emin Məmmədxanlı Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Bildirilib ki, Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində daha təsirli vasitələrin öyrənilməsinə, o dövr  üçün yeni olan antibiotiklərdən-sintomitsindən istifadə olunmasına həsr edib. 1968-ci ildən başlayaraq, Zərifə Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlayıb. Zərifə xanım Əliyeva bir sıra orden və medallara, mükafatlara layiq görülüb, Elmlər Akademiyasının akademiki seçilib, “Əməkdar elm xadimi” fəxri adını alıb. O, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıbdır. Alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib, bundan sonra da təsir göstərəcəkdir.

Naxçıvan  Dövlət  Universitetinin rektoru Elbrus İsayev Prezident İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında ”3noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyinin geniş qeyd olunduğunu diqqətə çatdırıb. Bildirilib ki,akademikin çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. Vurğulanıb ki, o ilk növbədə görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat yoldaşı və Azərbaycan xalqına İlham Əliyev kimi müzəffər lider bəxş edən ana idi.

Akademik Zərifə Əliyeva  adına Şahtaxtı kənd  orta  məktəbinin  direktoru  Ehtimad  Məmmədov, universitetin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent  Gültəkin Əliyeva, həmin kafedranın müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənov akademik Zərifə xanım Əliyevanın ömür  yolu? dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar. Çıxışlarda bildirilib ki, Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Sonra akademikin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent İlhamə Mustafayeva Tibb fakültəsinin mütəmadi olaraq orta ümumtəhsil məktəbləri ilə keçirilən “Sağlam gənclik, sağlam gələcək” layihəsi barədə məluat verib.

Tələbələr slaydlarla və əyani üsullarla kliniki ölüm zamanı təxirəsalınmaz yardım, yuxarı tənəffüs yollarına yad  cismin düşməsi, koma vəziyyəti, qanaxmalar, sınıqlar, çıxıqlar, burxulmalar, zəhərlənmələr, yanıqlar, şok və özündəngetmə, məktəblinin düzgün  qidalanması,fiziki aktivlik, uşaqlarda artıq çəki və piylənmə, uşaqlarda şəkərli diabet barədə öz təqdimatlarını ediblər.

Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent  Rauf  Cəfərov və onunla birgə bu ixtisası təcrübi cəhətdən mənimsəyən tələbələr şagirdlərin dişlə bağlı problemləri ilə maraqlanıb, səyyari diş xidmətində müayinələr aparıblar. Fakültənin həkim, rezident, yuxarı kurs tələbələrinin iştirakı ilə oftalmoloji, kardioloji, pediatrik, terapievtik, ginekoloji müayinələr də həyata keçirilib.

Tibb fakültəsi əməkdaşlarının müəllifi olduğu 20-yə yaxın kitab, dərslik, dərs vəsaiti, monoqrafiya 50-yə qədər buket məktəbin kitabxanasına hədiyyə edilib.

Leave a Reply

Your email address will not be published.