Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivi Naxçıvan Şəhər Kimya-Biologiya təmayüllü liseydə olub

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivi Naxçıvan Şəhər Kimya-Biologiya təmayüllü liseydə olub

 Ali təhsil müəssisəsinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin Kimya-Biologiya təmayüllü liseyinin kollektivi ilə görüşü keçirilib.

      Tədbiri giriş sözü ilə açan liseyin direktoru Nazim Rəhimov keçirilən  görüşün mahiyyətindən danışaraq qeyd edib ki, belə tədbirlərin davamlı keçirilməsi şagirdlərin maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, “Sağlam gənclik, sağlam gələcək” layihəsinin Naxçıvan Şəhər Kimya-Biologiya təmayüllü liseyində də keçirilməsi sevindirici haldır.

      Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov tibb fakültəsi haqqında tədbir iştirakçılarına ətarflı məlumat verib. Bildirilib ki, layihənin keçirildiyi məktəblərdə təhsil alan bəzi şagirdlər gələcəkdə ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinə üstünlük verəcəklərini deyiblər.

Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva  “Sağlam gənclik, sağlam gələcək” layihəsi haqqında liseyin müəllim və şagirdlərinə ətraflı məlumat verib.  Layihənin əsasən orta məktəblərdə təhsil alan şagirdlərin maariflənməsinə xidmət etdiyini  vurğulayan İlhamə Mustafayeva həmçinin layihə çərçivəsində, “İlk tibbi yardım” simulasiyasının olacağını diqqətə çatdırıb.

Təməl tibb fənləri kafedrasının baş müəllimi Bəxtiyar Hüseynov qeyd edib ki, layihə gerçəkləşlidiyi ilk gündən etibarən orta məktəb şagirdləri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Bəxtiyar Hüseynov ilk tibbi yardımın mahiyyəti və ilk tibbi yardımın növləri haqqında danışıb.

Daha sonra Tibb fakültəsinin tələbələrinin hazırladığı “Kliniki ölüm zamanı təxirəsalınmaz yardım”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”, “Koma vəziyyəti”, “Qanaxmalar”, “Sınıqlar, çıxıqlar, burxulmalar”, “Zəhərlənmələr, yanıqlar”, “Şok və özündəngetmə” , “Məktəblinin düzgün qidalanması” , “Fiziki aktivlik” , “Uşaqlarda artıq çəki və piylənmə” və “Uşaqlarda şəkərli diabet” adlı təqdimatlara baxılıb. Proseslər tələbələr tərəfindən  slayd şəklində və əyani olaraq göstərilib.

   Tədbirdə şagirdlər eyni zamanda mikroskopla işləmə bacarığına da yiyələniblər.

         Təqdimatın sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.