
Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakultəsində “İngilis dili səviyyə yoxlama” imtahanı keçirilib
Naxçıvan Dövlət Universitetinin Xarici dil komissiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “İngilis dili səviyyə yoxlama” imtahanı keçirilib. 90 dəqiqə davam edən imtahan gömrükçülərin ingilis dili səviyyəsinin yoxlanılması məqsədi ilə həyata keçirilib.
Üç mərhələdən ibarət olan imtahan açıq və qapalı test tapşırıqları nümunələri əsasında yoxlanılıb.
Müsahibə və sərbəst mövzu olmaqla iki hissədən ibarət olan danışıq mərhələsi 10 ballıq sistemlə, Esse yazısı qrammatika, söz ehtiyyatı, yazının rabitəliliyi əsasında 30 ballıq sistemlə qiymətləndirilib.
İki hissədən ibarət olan oxu mərhələsində hər sual 2 balla hesablanaraq maksimum 10 balla, dinləmə mərhələsi isə iki meyar əsasında yoxlanılaraq hər suala 1 bal verilməklə maksimum 10 balla qiymətləndirilib.