Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində kitab təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində kitab təqdimatı olub

Ali təhsil ocağının Xarici Dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan universitetin Elmi katibi Orxan Cəfərov qeyd edib ki, kollektiv monoqrafiyada Xarici dillər fakültəsinin İngilis dili və tərcümə kafedrasının pedaqoji heyətinin elmi tətqiqat işlərinin nəticələri yer alıb. Bildirilib ki, təqdimat olunan araşdırma işləri 2021-2025-ci illər üzrə beşillik Elmi Tədqiqat işlərinin 2022-ci il üzrə ikinci mərhələsinin yekununu əks etdirib.

Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli çıxışında “XIX əsr ingilis nəşrinin səciyyəvi xüsusiyyətlərinin təhlili” və “İngilis dili frazelogiyası müasir dilçilik müstəvisində” adlı kitablar haqqında danışıb. Qeyd edilib ki, kitab, müəllim, tələbə və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Daha sonra Şirməmməd Qulubəyli İngilis dili və Tərcümə kafedrasının əməkdaşlarını kollektiv monoqrafiyanın çapdan çıxması münasibətilə təbrik edib.

İngilis dili və tərcümə kafedrasının baş müəllimi Tehranə Xudaverdiyeva qeyd edib ki,  XIX əsr ingilis ədəbiyyatında roman əsri olub.  Roman janrı müəllifə mürəkkəb  bir sujet hazırlamağa, personajları ətraflı təsvir etməyə, eləcədə yazıçılara öz fikir və münasibətlərini hansı tərzdə dəyişdirdiklərini göstərmək imkanı yaradıb. Qeyd edilib ki, kollektiv monoqrafiyada XIX əsr ingilis romantizminin, eləcədə realizminin səciyyəvi xüsusiyyətlərini əks etdirən nəsr əsərləri ədəbi təhlilə cəlb edilib, həmin dövr yazarlarının əsərləri ideya-estetik və bədii cəhətdən dəyərləndirilib.

İngilis dili və tərcümə kafedrasının müəllimi Elçin Mirzəyev dilçilik monoqrafiyası haqqında məlumat verib. Bildirilib ki,  frazeoloji söz birləşmələri ingilis dilçiliyinin maraqlı və və bir o qədərdə çətin sahələrindən biri olubDiqqətə çatdırılıb ki, İngilis dili və tərcümə kafedrasının bir qrup əməkdaşının “İngilis dili frazeologiyası müasir dilçilik müstəvisində” mövzusunda təqdim etdikləri monoqrafiya qeyd olunan nöqteyi nəzərdən aktual mövzudur.

İngilis dili və tərcümə kafedrasının müəllimləri Türkan Həsənzadə və Fatim İsmayıllı monoqrafiyanın ərsəyə gəlməsində göstərilən dəstəyə görə minnətdarlıq ifadə edib, bu cür yaradıcılıq işlərinin davamlılığını arzulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.