Naxçıvan Dövlət Universitetində “Özümüz Qarabağ, sözümüz Qarabağ!” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində “Özümüz Qarabağ, sözümüz Qarabağ!” adlı tədbir keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində “Özümüz Qarabağ, sözümüz Qarabağ!” adlı tədbir keçirilib. Tədbirə başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev bildirib ki, Azərbaycan Respublikasının yaşadığı bu qələbə sevincini Ali Baş komandanımız başda olmaqla, müzəffər ordumuz və xalqmızın göstərdiyi əzmkarlığa borcluyuq. Eyni zamanda rektor qeyd edib ki, Azərbaycan Respublikası öz iqtisadi, siyasi gücü hesabına da bu qələbəni qazanıb.Vurğulayıb ki, biz artıq ədalətli qaydada düşməndən təmizlənmiş bir dövlətdə yaşadığımız üçün qürur hissi keçiririk. Nəzərə çatdırılıb ki, bu qələbə universitetimizdə də böyük coşqu ilə qarşılanır.

Xarici dillər fakültəsinin dekanı Şirməmməd Qulubəyli əvvəlcə görkəmli şairimiz Məmməd Arazın “Azərbaycan-dünyam mənim” şeirini qiraət edib. Fakültə dekanı bildirib ki, Azərbaycan dövləti qazandığı bu zəfər ilə bütün dünyanın diqqətini cəlb edib və dünya dövlətlərinin çoxu Azərbaycanın hərbi gücünə heyran qalıb.

Sonra Vətənpərlik mövzusunda videoçarx nümayiş etdirilib, fakültə tələbələri tərəfindən şeirlər qiraət edilib və ətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, “Babək” filmindən bir səhnə tələbələr tərəfindən canlandırılıb.

Sonda İstedadlı tələbələrin qəhrəmanlıq mövzusunda çəkdikləri rəsm əsərlərinə baxış olub.