Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində vebinar keçirilib

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində vebinar keçirilib

Ali təhsil ocağında “Metafor və metaforaların mətndaxili qiymətləndirilməsi” mövzusunda keçirilən vebinarı giriş sözü ilə açan universitetin Xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli təşkil olunan vebinarların əsas məqsədinin müəllim və tələbələrin dilçiliklə bağlı müəyyən mövzular üzrə təkmilləşdirilməsi və xarici dil bacarıqlarını inkişaf etdirmək olduğunu bildirib.

Vebinarda Almaniyanın Berlin Humboldt Universitetinin İngilis və Amerika Tədqiqatları Bölməsinin professoru Markus Eq çıxış edərək qeyd edib ki, kommunikasiya prosesinin, nitq fəaliyyətinin kommunikativ registrlər üzrə öyrənilməsi kommunikativ qrammatikada istifadə edilən yeni tədqiqat yoludur. Vurğulanıb ki, qrammatikanın təcrid olunmuş cümlə hüdudlarından kənara çıxması mətnlərin kommunikativ tipologiyasına gətirib çıxarır. Bu tipologiyanın əsasında həm də nitqin kommunikativ registrləri anlayışı durur. Registrlərin formalaşmasında aparıcı mərkəz predikatlar və predikativlikdir. Həmçinin diqqətə çatdırılıb ki, cümlə daxilindəki hər bir predikat registrin formalaşma mərhələsinə keçməsini göstərən əsas vasitədir.

          Vebinarda həmçinin bədii mətndə metafora və metonimiyanın praqmatik aspektləri məsələsinə də toxunulub və qeyd edilib ki, metafora və metonimiya təkcə dil kateqoriyası deyil, həm də dünyanı tanımaq üçün məhsuldar funksional vasitələrdir.

Leave a Reply

Your email address will not be published.