Naxçıvan Dövlət Universtetində “Müasir gəncliyin missiyasi- dövlətçiliyə sədaqət”dəyirmi masa təşkil olunub

Naxçıvan Dövlət Universtetində “Müasir gəncliyin missiyasi- dövlətçiliyə sədaqət”dəyirmi masa təşkil olunub

Ali təhsil ocağının “Beynəlxalq münasibətlər və hüquq “fakültəsində “Müasir gəncliyin missiyasi- dövlətçiliyə sədaqət” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin gənclər siyasətini özündə əks etdirən  videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan YAP Universitet Ərazi İlk Təşkilatının sədri, Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev vurğulayıb ki, ötən əsrin əvvəllərində cəmi iyirmi üç ay ömür sürmüş, amma bu qısa müddətdə belə milli dövlətçilik ənənələrimizi zənginləşdirmiş Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövləti  öz gənc vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların inkişafı üçün bütün zəruri tədbirləri görür. Bildirilib ki, müasir Azərbaycan gəncliyi öz vətənpərvərliyini, dövlətçiliyə sədaqətini müxtəlif sahələrdə dəfələrlə sübuta yetirib.

“Hüquq fənləri” kafedrasının müəllimi, Universitet Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov vurğulayıb ki, cəmiyyətin fəal hissəsi kimi gənclərin ictimai vətəndaşlıq möveyinin formalaşmasına diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi də gənclərə göstərilən qayğının bariz nümunəsidir.

Sonda tələbələrin təklifləri dinlənilib, sualları cavablandırılıb.