Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “İngilis dilinin uğurlu karyerada rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “İngilis dilinin uğurlu karyerada rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Xarici dillər fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli qeyd edib ki, ingilis dili dünyada ən vacib dillərdən biridir. Bildirilib ki, İngilis dili 67-dən çox ölkədə rəsmi dil olaraq istifadə edilsə də, digər ölkələrdə də geniş şəkildə istifadə edilir. Peşəkar və fərdi həyata daxil olmaq üçün ingilis dilini öyrənməyin vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Vurğulanıb ki, məhz bu günkü tədbirin keçirilməsində məqsəd həm ingilis dilində, həm də digər ixtisaslarda təhsil alan tələbələrin bu dilin asan yollarla öyrənilməsini təmin etməkdir.

İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə İngilis dilinin uğurlu karyerada rolundan danışaraq qeyd edib ki, daha yaxşı iş və karyera istəyən hər kəs mütləq ingilis dilini öyrənməlidir. Qeyd edilib ki, düzgün strategiyanı istifadə etdiyin müddətcə sürətli ingilis dilini öyrənmək çətin deyil. Sonra tələbələrə nəzəri biliklərlə yanaşı təcrübənin də əhəmiyyəti vurğulanıb.

İngilis dili və tərcümə kafedrasının müəllimi Həsən Əlisoy diqqətə çatdırıb ki, bir dil öyrənmək şəxsi məmnuniyyət və müvəffəqiyyətin əsasını təşkil edir. Qeyd edilib ki, dünyanın ən yaxşı musiqi, kino və televiziya şoularının ingilis dilində olduğunu nəzərə alsaq dili başa düşmək bu kimi mədəniyyətləri daha yaxşı mənimsəməyinizə kömək edəcək. Sonra dil öyrənilmənin asan yollarından nümunələr gətirərək tələbələr məlumatlandırılıb.