Naxçıvan Dövlət Universiteti müəllimi beynəlxalq konfransda çıxış edərək sertifikat əldə edib

Naxçıvan Dövlət Universiteti müəllimi Səadət Əliyeva yazıçıədəbiyyatşünasictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə Cəfərzadənin 100 illik yubileyinə həsr edilmiş onlayn XX Beynəlxalq Elmi Simpoziumunda iştirak edib. Müəllif konfransda “Vətəndaş jurnalistikası ənənəvi jurnalistikanın xüsusiyyətlərini daşıya bilirmi? adlı məqalə ilə çıxış edərək sertifikat əldə edib. Məqalədə jurnalistikamıza yeni xüsusiyyətlər gətirən vətəndaş jurnalistikasının özünəməxsus xüsusiyyətləri araşdırılıb. Müəlif məqalədə özünəməxsus nəzəriyyə, qaydaları və etik prinsipləri olan jurnalistikanın bu qolunun daha sərbəst fəaliyyətindən söhbət açaraq qeyd edir ki, vətəndaş jurnalistikasının özünütənzimləmə mexanizmi yoxdur, peşəkarlıq baxımından zəiflik hiss olunur, yarımçıq, birtərəfli və subyektiv işıqlandırılan bəzi hadisələrdə heç bir mənbəyə əsaslanmayan məlumatlar olur. Vətəndaş jurnalistikasının müasir dövrümüzdə formalaşan müsbət və mənfi xüsusiyyətlərinə nəzər salınan məqalədə belə bir nəticəyə gəlinir ki, medianın balanslı inkişafı, onun nəzəri əsaslarının daha ətraflı təhlili və tədqiqi üçün akademik jurnalistika institutunun yaradılmasına ehtiyac var.