XARİCİ VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

XARİCİ VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Naxçıvan Dövlət Universiteti xarici vətəndaşlar (əcnəbilər) üçün heç bir imtahan vermədən, yalnız müsahibə yolu ilə və attestatla tələbə qəbulu elan edir

Universitetdə əcnəbi vətəndaşların təhsili ödənişli əsaslarla həyata keçirilir. Təhsil haqqı  təhsilin pilləsindən, formasından  və ixtisaslardan asılı olaraq fərqlənir.

Əcnəbi vətəndaşlar Naxçıvan Dövlət Universitetində təhsil almaq üçün tələb olunan sənədləri universitetə şəxsən təqdim etməlidirlər. Sənədləri müvafiq komissiya tərəfindən qəbul olunan vətəndaş müsahibələrə daxil edilir, müsahibələrdən uğurla keçən vətəndaşlar dinləyici olaraq hazırlıq kurslarına qəbul olunurlar.

Qəbul üçün tələb ounan sənədlər:

Qəbul üçün tələb olunan sənədlər:

  • təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • Bitirdiyi təhsil pilləsi üzrə attestat və ya diplomun əsli və notarius tərəfindən təsdiq olunmuş surəti (2 ədəd)
  • keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin, transkript) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);
  • sağlamlıq və QİÇS və COVİD-19 testləri haqqında arayışlar;
  • milli pasportun əsli, surəti (2 ədəd),
  • tərcümeyi-hal;
  • beynəlxalq pasportun əsli, surəti (2 ədəd),
  • 3×4 ölçüdə 8 ədəd fotoşəkil (qırmızı fonda).
  • Hərbi xidmət haqqında sənəd – askerlik tecil belgesi
  • Cinayət məsuliyyətinə cəlb olunmaması haqqında arayış (Sabika belgesi)
  • Ailə tərkibi haqqında arayış (Nüfus kayıt örnegi)

 

Qeyd:

  • Azərbaycan Respublikasından kənarda bakalavr dərəcəsi almış əcnəbi tələbə magistraturada təhsil almaq üçün sənədlərini təqdim etməzdən əvvəl diplomunun ekvivalentliyini Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirməlidir. Bundan sonra təsdiq olunmuş diplomunu və notarial qaydada təsdiq olunmuş surətini bakalavr pilləsinə qəbul olunmaq üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim etməlidir.

 

NDU-nun bakalavr, magistr, doktorantura və rezidentura pillələrində mövcud olan ixtisaslarla və qəbul qaydaları ilə ətraflı  buradan tanış ola bilərsiniz.

Müraciət vaxtı:

2020/2021-ci tədris ili üçün sənədlər 01-20 avqust 2021-ci ildə elektron qaydada qəbul edilir. Potensial ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan sənədləri aşağıda qeyd olunan e-maillərə göndərməlidir.

Bu zaman əcnəbi vətəndaşa dəvət məktubu göndərilir. Bundan sonra ərizəçi 01-05 sentyabr 2020-ci il tarixində sənədlərinin əslini və fotosurətlərini təqdim edərək müsahibələrdə iştirak edir.  Sənədlərin əslinin və fotosurətlərinin təqdim olunması üçün son tarix 05.09.2021-ci ildir.

Yekunda iki nüsxə müqavilə tərtib ediləcək.

 Məsul şəxs: Hüseynova İlahə -Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Quliyeva Ceyran – Xarici tələbələrlə iş üzrə dekan

 E-mail: info@ndu.edu.az;     xtd@ndu.edu.az

 Əlaqə telefonu: (+994550 47 67; Mob.: (+99470) 3666888; (+99450) 5709730

Qeyd: Naxçıvan Dövlət Universitetinin əcnəbi tələbələrin qəbulu ilə bağlı heç bir şirkətlə rəsmi müqaviləsi yoxdur. Qeydiyyat fərdi şəkildə həyata keçirilir.