Naxçıvan Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib

Ali təhsil ocağının İncəsənət fakültəsinin akt zalında keçirilən görüş zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra universitetin tanıtım videosuna baxış olub.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki,  artıq yüksək ballı tələbələrlə bu cür görüşlərin keçirilməsi ənənə halını alıb. Diqqətə çatdırılıb ki, qəbul nəticələri ötən illə müqayisədə bu il daha yüksək nəticələrlə yadda qalıb. Belə ki, keçən il universitetə 600-700 bal intervalında 14 tələbə qəbul olmuşdusa, bu il bu rəqəm 25-ə çatıb.  Ali təhsil ocağının imkanlarından söz açan rektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb. Bildirilib ki, tədris imkanlarını artırmaq məqsədilə universitet ərazisində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Rektor universitet kampusunda istifadəyə veriləcək Texnopark haqqında məlumat verərkən diqqətə çatdırıb ki, hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. Qeyd edilib ki, yeni qurulacaq olan Texnoparkda tələbələr öz startap layihələrini hazırlayıb, həyata keçirmək imkanı əldə edəcəklər. Elbrus İsayev universitetin xarici universitetlərlə beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunub. Vurğulanıb ki, qardaş ölkə olan Türkiyənin 80-dən artıq universiteti ilə sıx əməkdaşlıq münasibətləri qurulub ki, bunlardan 20-dən artıq universitetlə məhz tibb sahəsində əməkdaşlıq edilir. Rektor Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzinin imkanlarından söz açıb. Diqqətə çatdırılıb ki, ötən tədris ili müddətində 150-dən artıq müəllim və tələbə IELTS sertifikatı ilə təmin olunub. Elbrus İsayev həmçinin rəhbərlik etdiyi ali təhsil ocağının  “Times Higher Education” versiyası üzrə aparılan reytinq sıralamasına görə dünyanın ən nüfuzlu 1000 universiteti sırasında olduğunu diqqətə çatdırıb.

          Tibb ixtisası üzrə I kurs tələbəsi, muxtar respublikada IV qrup üzrə ən yüksək nəticəni toplayan Fuad Məmiyev Naxçıvan Dövlət Universitetini seçməkdə əsas səbəbi hər iki bacısının burada təhsil alması, ali təhsil ocağının müasir tədris üsullarına malik olması iləəlaqələndirib. Fuad Məmiyev ali məktəbə qəbul olan bütün tələbələri təbrik edərək, onlara gələcək həyatında uğurlar arzulayıb.

Sonra qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul Şəlalə Quliyeva və Lalə  Quliyeva bacılarının valideyini Samiq Quliyev tələbələrlə keçirilən görüşə, onlar üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

Daha sonra 600 baldan yüksək nəticə göstərərək universitetə qəbul olan tələbələrə hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Leave a Reply

Your email address will not be published.