Naxçıvan Dövlət Universitetində 8 mart- Beynəlxalq Qadınlar Gününə hərs olunan tədbir keçirilib

Naxçıvan Dövlət Universitetində 8 mart- Beynəlxalq Qadınlar Gününə hərs olunan tədbir keçirilib

Tədbirdən öncə universitetin İncəsənət fakültəsində tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. Sərgidə rəsm əsərləri, dekorativ tətbiqi sənət, heykəltaraşlıq nümunələri olmaqla ümumilikdə 50-dən artıq əl işləri yer alıb. 

Fakültənin akt zalında davam edən tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev  qeyd edib ki, Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsidir. Diqqətə çatdırılıb ki, Ümummilli lider  Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilib. Bildirilib ki, bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir. Rektor qeyd edib ki, Azərbaycan qadını  tarixən mübarizliyi, milli-mənəvi dəyərlərə sadiqliyi və öz xidmətləri ilə seçilib. Elbrus İsayev cəmiyyətdə bütün istiqamətlərdə olduğu kimi universitetin qadın əməkdaşlarının elm, təhsil sahəsində də fərqləndiyini qeyd edərək bildirib ki, universitetdə fəaliyyət göstərən 407 qadın əməkdaşın 5-i elmlər doktoru, 3 –ü professor, 42 –i dosent, 64-ü fəlsəfə doktoru, 207 –i isə müəllimdir. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında nüfuzlu nəşrlərdə elmi məqalələri dərc olunan müəllimlər sırasında da qadın müəllimlərimiz xüsusilə seçilirlər. Vurğulanıb ki, ali təhsil ocağında 3691 nəfər qız tələbə var ki, bu da ümumi göstəricinin 49 faizini təşkil edir. Rektor eyni zamanda Vətən müharibəsində bizə qalibiyyət sevincini yaşadan igid oğulları qeyrətli Azərbaycan qadınının tərbiyə etdiyini qeyd edərək onlara ehtiramını dilə gətirib. Elbrus İsayev əlamətdar gün münasibətilə universitetin qadın əməkdaşlarını təbrik edib və işlərində uğurlar arzulayıb.

İngilis dili və tərcümə kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Məmmədova qadınlar adından çıxış edərək yaradılan şəraitə və xanımlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Daha sonra tədbirin bədii hissəsi baş tutub. Azərbaycan xalq mahnıları, Sevil Əliyevanın “Ana”, Cahangir Cahangirovun “Ana”, Ramiz Mustafayevin “Anam yadıma düşdü” və digər mahnılar tamaşaçıların zövqünü oxşayıb. Eyni zamanda Tələbə Teatr Studiyasının “Təbrik” adlı pantomim tamaşası alqışlarla qarşılanıb.

Sonda Elbrus İsayev iştirakçıları təbrik edərək onlara hədiyyələr təqdim edib.

Leave a Reply

Your email address will not be published.