Naxçıvan Dövlət Universitetində “Breyn rinq” intellektual oyunu keçirilib

Naxçıvan Dövlət Universitetində “Breyn rinq” intellektual oyunu keçirilib

Ali təhsil ocağında Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Breyn rinq” intellektual oyunu keçirilib. Tədbiri giriş sözü ilə açan “Hüquq fənləri” kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov diqqətə çatdırıb ki, universitetdə bu kimi oyunların keçirilməsi ənənə halını alıb. Təşkil edilən oyunlar tələbələrin intellektual səviyyəsini artırır, onların asudə vaxtlarının səmərəli keçirilməsini təmin edir.  Əziz Qasımov tələbələri universitetdə təşkil edilən tədbirlərdə və intellektual oyunlarda yaxından iştirak etməyə çağırıb, komandalara uğurlar arzulayıb.

Yarışın sonunda “Paradoks” komandası I, “Qasırğa” komandası II, “İqtisadiyyatçılar” komandası isə III yerin sahibi olublar. Qaliblər diplom və kitabla təltif ediliblər.