Naxçıvan Dövlət Universitetində “Dini-mənəvi dəyərlərin təbliği və Azərbaycan multikulturalizmi” mövzusunda seminar keçirilib

Naxçıvan Dövlət Universitetində “Dini-mənəvi dəyərlərin təbliği və Azərbaycan multikulturalizmi” mövzusunda seminar keçirilib

Tədbirdə çıxış edən universitetin Ümumi işlər üzrə prorektoru Xəyal Camalov dini-mənəvi dəyərlər nədir, onun təbliği necə aparılmalıdır, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində keçirilən tədbirlərin mahihyyəti və bütün bunların gənclərin zərərli düşüncələrdən uzaqlaşmasındakı əhəmiyyətindən danışıb.

Sosial iş və fəlsəfə kafedrasının müdiri Bağır Babayev “Azərbaycan multikuturalizmi: Tarixdə və günümüzdə” mövzusunda çıxışı zamanı qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Vurğulanıb ki, XX əsrin sonlarında Ümummilli lider Heydər Əliyev tərəfindən tolerantlıq və multikulturalizm ənənələrinin bərpa edilməsi bunun bariz nümunəsidir.

“Gənclərin maarifləndirilməsində İslam dininin rolu” adlı çıxışında Dini qurumlarla iş üzrə dövlət agentliyinin əməkdaşı Sabir Xəlilov ənənəvi və qeyri-ənənəvi din haqqında iştirakçıları məlumatlandırıb, gənclərin bu mövzuda bilikli olmasının önəmi vurğulanıb. 

Sonra universitetin müəllimi Ayaz Axundovun “Dini-mənəvi dəyərlərin təbliğinin gənclərin tərbiyəsində rolu” mövzusunda çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması gənclərimizin milli mənəvi dəyərlər ruhunda tərbiyəsi, yad əqidələrin təsiri altına düşməməsi üçün oxuyub maariflənmək ən yaxşı yoldur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.