Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızının sözlərinə həsr olunmuş konsert proqramı olub

Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Nağıqızının sözlərinə həsr olunmuş konsert proqramı olub

Naxçıvan Dövlət Universitetində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə növbəti töhfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, eyni zamanda, lirik və səmimi şeirlər müəllifi olan Mahirə Nağıqızının sözlərinə həsr olunmuş konsert proqramı olub

Universitetin İncəsənət fakültəsində keçirilən konsertdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək qonaqları salamlayıb.

Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnılardan ibarət konsert proqramı Naxçıvan Dövlət Universiteti Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının müşayiəti ilə nümayiş olunub.

Konsert proqramında “Azərbaycan”,  “Vətən”, “Qarabağım güləcək”, “Azərbaycandır Qarabağ”, “Könlümdə biri var”, “Gözlərimin etibarı çox imiş”, “Dönüm başına dolanım”, “Gözəl”, “Yar” mahnıları tamaşaçıların zövqünü oxşayıb.

Qeyd edək ki, ansamblın bədii rəhbəri və konsertmeysteri Naxçıvan Musiqi Kollecinin müəllimi Sahil Qasımov olub.

Sonda şairə Mahirə Nağıqızı konsertin yüksək təşkilatçılığından xüsusi məmnunluq hisslərini ifadə edib. Vətən sənin qədrini məndən yaxşı kim bilər –deyərək tədbirdə bir-birindən gözəl ifalar nümayiş etdirən iştirakçıların təqdim etdikləri ifaları vətən təəssübkeşliyinin bir nümunəsi adlandırıb. Mahirə Nağıqızı keçirilən görüşü yüksək qiymətləndirərək öz səmimi hisslərini dilə gətirib.

Rektor dəyərli Mahirə Nağıqızının sözlərinə bəstələnən mahnıların ali təhsil ocağının səhnəsində məharətlə təqdimindən razı qaldığını qeyd edib.  İstedadlı xalqımızın qanı, canı musiqidir-deyən Elbrus İsayev universitetin nəzdində fəaliyyət göstərən musiqi kollektivinin uğurlu ifalarını yüksək dəyərləndirib. Sonda xatirə şəkli çəkdirilib.

Leave a Reply

Your email address will not be published.