Naxçıvan Dövlət Universitetində Yaponiyada yaşayan azərbaycanlı  alimin “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinarı keçirilib

Naxçıvan Dövlət Universitetində Yaponiyada yaşayan azərbaycanlı alimin “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinarı keçirilib

Naxçıvan Dövlət Universitetində “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinar keçirilib. Vebinarı Yaponiyada yaşayan həmyerlimiz eletronika üzrə elmlər doktoru, professor Xəlil bəy Kələntər keçib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev mövcud şəraitdə bu cür tədbirlərin əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, tələbələrlə birgə müəllimlərin də seminarlardan təcrübi cəhətdən faydalanması onun  əhəmiyyətini artırır.

Dünyaşöhrətli azərbaycanlı alim proyeksiya ekranları barədə danışıb və ilk dəfə belə ekranların tətbiqinin verə biləcəyi mənfəət açıqlanıb. Bildirilib ki, proyeksiya ekranları son illər sürətlə böyüyən bazarlardan birinə çevrilib. Bu displeylər kiçikdən böyük ölçülərə, aşağıdan yüksək parlaqlığa qədərdir. Hazırda kiçik ölçülü proyektorlar yaxın gözlü ekranlar, geyilə bilən displeylər, kiçik qrup görüşləri, fərdi istifadə, avtomobil salonu və əyləncələr üçün daha cəlbedicidir. Proyeksiya ekranları sırasında görüntü siqnal vahidi, nəzarətçi, optika ilə işıq mənbəyi, optika ilə şəkil mühərriki və passiv optik proyeksiya ekranı var. Ümumiyyətlə isə bir proyeksiya ekranı bir kətan parça və ya bir səth toxumasıdır.

Qeyd edilib ki, ön proyeksiya üçün müxtəlif növ ekranlar, məsələn, mat ağ diffuzlu, mirvari, gümüş və retro ekranlar tədqiq edilib. Mat ekran Lambertian tipidir. Bu ekranlarda əks istiqamət və işıq yayılması və ya nəticənin təxminən nəzarət edildiyi geniş baxış bucaqları var. Ekrandakı parlaq axını qorumaq, başqa sözlə, aşağı proyektor gücü istehlak edərək yüksək parlaqlıq əldə etmək və ətrafdakı əlavə işığın təsirini azaltmaq məqsədi vebinarda ətraflı izah edilib.

Azərbaycanlı alim onu da əlavə edib ki, əvvəlki illərdə kiçik toplantılarda şəxsi istifadə, avtomobil dayaqları və göz proyeksiyası üçün funksional proyeksiya ekranı hazırlayıb və bu sonrakı mərhələlərdə inkişaf etdirilib. Qeyd edilib ki, ekran projektordan gələn işığı sabit bir bucaq altında əks etdirir və bu işıq müəyyən bir bucaq aralığında yayılır. Diqqətə çatdırılıb ki, nəticə etibarilə əyilmə və yayılma bucağı görüntüsünün dəyişdirilməsi ekranın xüsusiyyətlərinin xeyli yaxşılaşmasına səbəb olur ki, bu da ekranda yeni tətbiqlərə yol açır.

Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.