Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  “Rəqəmsal mühitin potensialı və problemləri” mövzusunda vebinar keçirilib

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində  “Rəqəmsal mühitin potensialı və problemləri” mövzusunda vebinar keçirilib

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, dosent Əşrəf Ələkbərov qeyd edib ki, rəqəmsal mühit və iqtisadiyyat iqtisadi proseslərin reallaşdırılmasını nəzərdə tutan hər kəs tərəfindən qəbul edilən bir həqiqətdir. Diqqətə çatdırılıb ki, bu gün rəqəmsal mühit dünya iqtisadiyyatının gələcək inkişafında mühüm rol oynamaqla öz aktuallığını qoruyub saxlayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisad üzrə elmlər doktoru Rəsul Balayev mövzu ilə əlaqədar geniş məruzə edərək bildirib ki, müasir dövrdə rəqəmsal mühit, iqtisadiyyat böyük həcmdə informasiya toplamaq, istifadə etmək və emal etmək qabiliyyətinə görə sürətlə inkişaf edir. Bu da öz növbəsində telekommunikasiya sənayesini, e-biznes, e-ticarət sənayesini, o cümlədən insan kapitalı və bilik işçilərini zamanın tələblərinə uyğun formalaşmasının zərurətini ortaya çıxarır.

Vebinarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.