Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri ilə görüş keçirilib

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev baş tutan görüşdə fakültənin mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü diqqətə çatdırıb. Qeyd edilib ki, yaradılan, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları, “Elektrik və elektronika mühəndisliyi” “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları da bu sahədə mütəxəssislərin yetişməsi istiqamətində atılan mühüm addımdır. Rektor bildirib ki, universitetdə beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb, dünyanın qabaqcıl təhsil müəssisələri ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi, müəllim və tələbə mobilliyinin təşkil olunması sahəsində mühüm addımlar atılıb. Ali təhsil ocağının genişmqyaslı imkanlarından söz açan rektor universitetin bir neçə sahədə ölkə miqyasında model universitet olduğunu vurğulayıb. Bildirilib ki, tədris imkanlarını artırmaq məqsədilə universitet ərazisində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Vurğulanıb ki, dünya universitetlərində olan Texnopark ənənəsi Azərbaycanda ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində davam etdirilərək kampusda Texnologiyalar Parkı yaradılır. “Texnoparkın qazandıracağı perspektivlərə əsasən Türkiyə universitetləri ilə bu sahədə təcrübələrin öyrənilməsi davam etdirilir və əməkdaşlıq protokolları imzalanır” deyə rektor çıxışında vurğulayıb.

Yeni tədris ilində diqqətdə olan məsələlər sırasında Elbrus İsayev universitetdə ikili diplom layihələrinin həyata keçirilməsini də qeyd edib.

Sonda rektor tələbələri maraqlandıran sualları cavablandırıb, onlara kitablar hədiyyə edib.

Leave a Reply

Your email address will not be published.