Naxçıvan Dövlət Universitetinin müəllimi ixtirasına görə patent alıb

Naxçıvan Dövlət Universitetinin müəllimi ixtirasına görə patent alıb

Naxçıvan  Dövlət Universiteti “Nəqliyyat və informasiya texnologiyaları” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Məftun Əliyev Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi tərəfindən patent alıb. Patent AMEA-nın İdaretmə İnstitutunun əməkdaşları ilə birgə “Laydan neftin qeyri-stasionar üsulla çıxarılması” adlı ixtirasına görə alınıb. Qeyd edək ki, ixtira neft hasilatı sənayesinə, neft yataqlarının işlənməsi və istismarı sahəsinə, o cümlədən qalıq neftin laydan çıxarılması üsullarına aiddir. Göstərilən üsul  neftin yüksək keçici məsaməli kanallara və orta neft hasilatının artımına çıxışını artırır.