Naxçıvan Dövlət Universitetinin müəllimləri Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq konfransda iştirak ediblər

Naxçıvan Dövlət Universiteti “Nəqliyyat mühəndisliyi və texniki fənlər” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Asəf Əliyev və kafedranın müəllimi Tərxan Orucov Yaponiyanın Tokio şəhərində keçirilən “Sosial krizlər zamanında elmi üfüq” IX beynəlxalq elmi-praktik konfransda iştirak ediblər. “Nəqliyyat xəstəliyi” adlı elmi məqalə ilə çıxış edən müəlliflər hərəkət vaxtı nəqliyyat vasitələrinin titrəməsi səbəbindən insan orqanizmində baş verən əlverişsiz dəyişikliklərdən danışıblar. Qeyd olunub ki, nəqliyyat xəstəliyi nəqliyyat vasitələrinin titrəməsi səbəbindən insan orqanizmində baş verən əlverişsiz dəyişikliklər kompleksidir. Vurğulanıb ki, titrəmənin təsiri altında bədənin müxtəlif hissələrində deformasiyaların meydana gəlməsi baş ağrısına, reaksiya müddətinin azalmasına, konsentrasiyanın və diqqətin dəyişməsinə, əzələ tonunun azalmasına səbəb ola bilər ki, bütün bunlar da yol qəzalarının baş verməsinə gətirib çıxara bilər. Məqalədə həmçinin nəqliyyat xəstəliyinin başlamasının qarşısını almaq üçün bir sıra təkliflər və tövsiyyələr də verilib.