Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti “SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda ali təhsil müəssisəsini uğurla təmsil ediblər

Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti “SAF 2022 – Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda ali təhsil müəssisəsini uğurla təmsil ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” keçirilib.

Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalovun  rəhbərliyi ilə Elektroenergetika ixtisası üzrə təhsil alan IV kurs tələbələri Xaliq Həsənzadə və Təvəkkül Nəcəfov “Smart tipli otbiçən” layihəsi ilə sərgi hissəsində iştirak ediblər.

Tələbələr festivalın innovativ sərgisində fəal iştiraklarına görə kubok və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün onu da bildirək ki, festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunub.

Leave a Reply

Your email address will not be published.