Naxçıvan Musiqi Kollecində ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev dühası və dünyası” adlı tədbir keçirilib

Naxçıvan Musiqi Kollecində ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev dühası və dünyası” adlı tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Samirə Hüseynova bildirib ki, Heydər Əliyev unudulmağa məhkum edilmiş musiqi mədəniyyətini bütün dövrlərdə qoruyub, yüksək tribunalarda səsləndirilməsinə nail olub, gələcək nəsillərə ən böyük irs kimi ötürülməsi missiyasını təbliğ edib. Qeyd edilib ki, musiqi mədəniyyətinə yüksək qiymət verən və onun inkişafına xüsusi qayğı göstərən Ulu Öndər bu sahədə xalqı üçün fəaliyyət göstərən sənətkarın əməyini yüksək qiymətləndirib.

Sonra bədii hissədə kollecin müəllim və tələbələrinin təşkilatçılığı ilə musiqi nömrələri səsləndirilib, rəqslər nümayiş olunub.

Sonda kollecin direktoru, əməkdar müəllim Məhəbbət Babayeva Heydər Əliyevin Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərin qorunması missiyasını davam etdirməyin vacibliyini vurğulayıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.