Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası mini futbol birinciliyinin qalibi olub
Naxçıvan Muxtar Respublikası Gənclər və idman nazirliyi ilə Futbol Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları arasında mini futbol birinciliyi yekunlaşıb. Uzunoba Təlim-Məşq İdman Kompleksinin mini futbol meydançasında keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası qalib olub.
Final oyunda Basketbol və Paralimpiya federasiyaları üz-üzə gəliblər. Oyunun ilk dəqiqələrindən üstünlük qazanan basketbolçular 8-3 hesablı qələbə qazanaraq birinciliyə sahib olublar.
İlk üçlükdə qərarlaşan komanda üzvlərinə diplom, medal və kubok təqdim edilib.