Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən NDU-də fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən NDU-də fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirici tədbir keçirilib

Belə ki, Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması və Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, dəm qazı təhlükəsi barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.