“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün vebinar təşkil olunub

Vebinarda çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Niftalı Qasımlı Macarıstan Respublikasının təqaüd proqramı “Stipendium Hungaricum in Azerbaijan” layihəsi ilə bağlı iştirakçılara umumi məlumat verib.

Niftalı Qasımlı Macarıstanla Azərbaycan arasında təhsil əlaqələrinin tarixi barədə məlumat verib. O, qeyd edib ki, proqramın məqsədi azərbaycanlı gənclərə Macarıstanda təhsil almaq imkanlarının yaradılmasıdır.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Mehriban Fətullayeva çıxış edərək təqaüd proqramına müraciət qaydaları haqqında geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.