“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universiteti arasında  görüş keçirilmişdir

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universiteti arasında  görüş keçirilmişdir

      “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, dövlət proqramlarının  təşkili istiqamətində müvafiq işlərin və layihələrin həyata keçirilməsinin müzakirə edilməsi, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə fəaliyyəti ilə tanış olmaq,  proqramın Tədbirlər Planının 8.9.5-ci yarımbəndində nəzərdə tutulan işlərin icrasını təmin etmək və əməkdaşlığı inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Naxçıvan Dövlət Universitetinin  nümayəndələri ilə  onlayn görüş keçirilib.

Görüşdə NDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru – Aidə Cəlilzadə, Əcnəbi tələbələrlə iş üzrə dekan vəzifələrini icra edən dekan müavini – Xəfayət Əliyeva və Əcnəbi tələbələrlə iş üzrə dekanlıq əməkdaşı- Fuad Babayev  iştirak etmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov açılış nitqi ilə çıxış etmişdir. Qeyd olunan görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Aidə Cəlilzadə Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə dair aşağıdakı mövzular üzrə təqdimatla çıxış etmişdir və qarşı tərəfin ünvanladığı sualları cavablandırmışdır:

  • Beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti barədə ümumi məlumat;
  • Hal-hazırda icra olunan və icrası planlaşdırılan layihələr;
  • İkili diplom proqramlarının icrası və bu istiqamətdə planlaşdırılan işlər;
  • Mübadilə proqramları barədə məlumat, eləcə də, universitetin akademik heyətinin və tələbələrin beynəlxalq mübadilə proqramlarında iştirakı;
  • Universitetin əcnəbi tələbələrlə iş istiqamətində fəaliyyəti;
  • QS, Times Higher Education, U-Multirank, UI GreenMetric və s. beynəlxalq reytinq sistemlərində təmsil olunma və bu istiqamətdə görülən tədbirlər;
  • Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları barədə məlumat və s.

Sonda yeni beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunmuş və gələcək perspektivlər və layihələr barədə ilkin razılıqlar əldə edilmişdir.

Leave a Reply

Your email address will not be published.